«Alfa» Sığorta yüklərin sığortalanması üzrə müqavilə təklif edir. Həm hüquqi şəxslər, həm də sahibkarlar sığorta etdirə bilərlər. Sığortanın bu növü yüklərin daşınmsası vaxtı meydana çıxan təhlükələrlə əlaqədar gözlənilməz xərclərin qarşısını alır. Zərər yükü daşıyan təşkilat tərəfindən ödənilir, buna görə də, bizim şirkət gözlənilməz maliyyə xərclərinə qarşı əvvəlcədən özünüzü sığortalamağı məsləhət görür.
«Alfa» Sığorta icarəyə götürülmüş və ya şəxsi nəqliyyat vasitələrində yük daşımalarını həyata keçirən hüqüqi şəxslər və fərdi sahibkarlar üçün etibarlı sığorta müdafiəsi təklif edir.
Sığorta müqaviləsinin müddəti 2 aydan 1 ilə qədər ola bilər.
1 illik sığorta müqaviləsi imzalanarkən sığorta haqqı nəğd və ya nəğdsiz qaydada, birdəfəlik və ya hissə-hissə ödənilə bilər. Sığorta müqaviləsi müddətində polisdə göstərilmiş nəqliyyat vasitələrində həyata keçirilən bütün yük daşımaları sığorta müddətində yükün faktiki həcmi barədə məlumat verilmədən sığortalanmış hesab olunur. Sığorta haqqı sığorta üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin sayından asılı olaraq hesablanır.
Sığorta tarifləri aşağıdakı göstəricilərdən asılı olaraq hər bir müştəri üçün fərdi qaydada hesablanır:
-
sığorta üçün bəyan edilmiş risklər
-
sığorta üçün bəyan edilmiş avtonəqliyyat vasitələrinin sayı
-
yükün (sığorta) həcmi
-
yüklərin daşınma istiqaməti
-
daşınan yükün dəyəri və kateqoriyaları;
-
bizim şirkət tərəfindən yerinə yetirilən sığorta növlərinin sayı. Cavabdehlik həddi (limiti)
Sığorta haqqı üçün limit məbləğ hər bir risk üzrə bir sığorta hadisəsinə görə və bütün sığorta müddətində hər bir risk üzrə bütün sığorta hadisələrinə görə müəyyən olunur. Yük tamamilə itən halda zərərin ödənilməsi yük qəbul edilən yerdə və tarixdə yükün dəyərindən ibarət olur.
Sizin rahatlığınız üçün:
-
şirkətin nümayəndəsi Sizin üçün əlverişli olan vaxtda Sizin yanınıza gəlir
-
sığorta müqaviləsi ən qısa vaxtda imzalanır
-
itkilər tez bir zamanda və keyfiyyətlə aradan qaldırılır
-
sənədlər bizim şirkətin mütəxəssisləri tərəfindən yoxlanılır
-
sığorta müqaviləsinin müddəti artırılan zaman çevik endirim sistemi tətbiq olunur
|